YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Saatlıda Vətən müharibəsi şəhidinin anım mərasimi keçirilib

Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının nümayəndələri Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda gedən döyüş əməliyyatları zamanı qəhrəmancasına şəhid olan Hüseynov Ələm Sərvər oğlunun ildönümü mərasimində iştirak ediblər. Təşkilatın üzvləri şəhidin məzarını ziyarət edərək, üzərinə gül dəstələri qoyub, ruhuna dualar oxuyublar.

Daha sonra Saatlı rayonunun Azadkənd kəndində keçirilən anım mərasimində şəhidin ailəsi ilə görüşüblər. Görüşdə şəhidin Vətən müharibəsinin ilk günündən ön cəbhədə savaşdığı, döyüş meydanında böyük şücaət və cəsarət nümunələri göstərdiyi xüsusi qeyd olunub.

Şəhidin ailə üzvləri dövlət tərəfindən göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz təşəkkürlərini bildiriblər.