YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Ağdaş rayon təşkilatında ərazi partiya sədrləri ilə görüş keçirilib

Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatında pandemiya qaydalarına əməl olunmaqla ərazi partiya sədrləri ilə görüş keçirilib. 

İclası giriş sözü ilə açan YAP İdarə Heyətinin üzvü, rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Cavid Osmanov Yeni Azərbaycan Partiyasının sədri, ölkə Prezidenti cənab İlham Əliyevin və partiya sədrinin birinci müavini, Birinci vitse prezident Mehriban xanım Əliyevanın 2021-ci ildə həyata keçirdikləri işlər barədə məlumat verib. YAP İdarə Heyətinin iclaslarında müzakirə olunan məsələlərə toxunaraq qəbul olunan qərarların rayon təşkilatları və ərazi ilk partiya təşkilatlarında icra olunmasının vacib olduğunu qeyd edib.

Görüşdə YAP İdarə Heyətinin 29 dekabr 2021-ci il tarixli qərarı müzakirə olunaraq, ərazi partiya təşkilatlarının sədrlərinə müvafiq tapşırıq və tövsiyələr verilib.