YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qusarda şəhid Afiq Həsənovun xatirəsi anılıb

Qusar rayonun Böyük Muruq kəndində Vətən müharibəsi şəhidi Həsənov Afiq Namiq oğlunun ildönümü mərasimi keçirilib. Anım tədbirində Yeni Azərbaycan Pariyası Qusar rayon təşkilatının, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qusar rayon şöbəsinin rəhbərliyi, Qusar Rayon İcra Hakimiyyətinin əməkdaşları, ictimaiyyət nümayəndələri və şəhidin ailə üzvləri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə şəhidin məzarını ziyarət edib, ruhuna dualar oxuyub, xatirəsini ehtiramla yad ediblər. Daha sonra şəhidin ailəsini ziyarət edərək, onların qayğı və problemləri ilə maraqlanıblar.

Şəhidin atası Namiq Həsənov Prezident İlham Əliyevə göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib.

Qeyd edək ki, şəhid Afiq Həsənov Prezident İlham Əliyevin sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.