YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Saatlıda Vətən müharibəsi şəhidi Cəlal Bayramovun anım tədbiri keçirilib

Saatlıda Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda gedən döyüş əməliyyatları zamanı qəhrəmancasına şəhid olan Bayramov Cəlal Yaqub oğlunun ildönümü mərasimi keçirilib. Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının nümayəndələri şəhidin məzarını ziyarət edərək, üzərinə gül dəstələri qoyub, ruhuna dualar oxuyublar.

Daha sonra təşkilat əməkdaşları rayonun Çolpı kəndində keçirilən anım tədbirinə qatılıblar. Mərasimdə şəhidin Vətən müharibəsinin ilk günündən ön cəbhədə savaşdığı, döyüş meydanında böyük şücaət və cəsarət nümunələri göstərdiyi xüsusi qeyd olunub.

Şəhidin ailə üzvləri dövlət tərəfindən onlara göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz təşəkkürlərini bildiriblər.