YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanda qadın və uşaq hüquqlarının müdafiəsi sahəsində xeyli uğurlar əldə edilib

Martın 18-də Milli Məclisin sədr müavini Bahar Muradova UNICEF-in Mərkəzi və Şərqi Avropa ölkələri və Müstəqil Dövlətlər Birliyi üzrə regional direktoru xanım Mari-Pyer Puarye ilə görüşüb.
Görüşdə Bahar Muradova Azərbaycan ilə UNICEF arasındakı əlaqələrdən danışaraq bildirib ki, əməkdaşlığın daha da dərinləşdirilməsi üçün geniş imkanlar mövcuddur.
Milli Məclisin sədr müavini qarşılıqlı səfərlərin əhəmiyyətinə toxunaraq deyib ki, Mari-Pyer Puaryenin ölkəmizə səfəri əlaqələrin möhkəmlənməsinə töhfəsini verəcək. Bahar Muradoya deyib: “Düşünürəm ki, siz Azərbaycana vacib bir missiya ilə gəlmisiniz. Azərbaycan hökuməti qadınların və uşaqların hüquqlarının qorunmasına xüsusi önəm verir və bu sahədə UNICEF-in gördüyü işləri təqdirəlayiq hesab edir”.
Bahar Muradova UNICEF-in Azərbaycan nümayəndəliyinin aktiv fəaliyyətindən də söhbət açıb. Bildirilib ki, nümayəndəlik Azərbaycan cəmiyyətində böyük nüfuza sahibdir və ölkənin müvafiq qurumları ilə yaxından əməkdaşlıq edir.
Mari-Pyer Puarye UNICEF-in Azərbaycan ilə sıx əməkdaşlığından məmnunluğunu bildirib. Qeyd edib ki, Azərbaycanda qadın və uşaqların hüquqlarının müdafiəsi, təhsil və digər mühüm sahələrdə xeyli uğurlar əldə edilib. Eyni zamanda, bu sahələrin inkişafı istiqamətində qanunvericilik bazasının möhkəmləndirilməsi təqdirəlayiqdir.
Regional direktor deyib ki, qadın və uşaqların hüquqlarının qorunması baxımından Azərbaycan ölkənin hüdudlarından kənarda da aparıcı rol oynaya bilər. Bu baxımdan parlamentin xüsusi rolu vurğulanmalıdır. O, Azərbaycanda uşaqların hüquqlarının qorunması, onların qidalanması, gənclərlə bağlı, eləcə də QİÇS-lə mübarizəyə dair qanunvericiliklə maraqlanıb.
Qonaq Azərbaycanda inklüziv təhsil sahəsində müəyyən irəliləyişlərin olduğunu söyləyib, xüsusən də əlil uşaqların, qızların bu təhsilə cəlb olunmasını yüksək qiymətləndirib.
Bahar Muradova qonağı maraqlandıran sualları cavablandırıb. Qeyd edib ki, Azərbaycan qanunvericilik sahəsində də UNICEF-lə müntəzəm əməkdaşlıq edir.
Görüşdə gələcək əməkdaşlığa dair mövcud imkanlar müzakirə edilib.