YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

MDB Parlamentlərarası Assambleyasının nümayəndə heyəti ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib

Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının nümayəndə heyəti, o cümlədən Milli Məclisin deputatları, habelə veteranlar faşizm üzərində Qələbənin 70-ci ildönümünə həsr olunan tədbirlər çərçivəsində martın 18-də Fəxri xiyabana gələrək müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül qoyublar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.
Sonra Şəhidlər xiyabanına gələn nümayəndə heyəti Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, məzarları üzərinə qərənfillər qoyublar.
İki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun abidə kompleksinin önünə də güllər düzülüb.