YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Xətai rayon təşkilatı ərazi partiya təşkilatlarının hesabat-seçki yığıncaqları davam edir

Dekabrın 16-da Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatı Polad Həşimov küçəsi 17 və Əbilov küçəsi 27  ünvanlarında yerləşən ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqlarını keçirib. Hesabat məruzələri dinlənilib, çıxışlar əsasında ərazi partiya təşkilatlarının hesabat dövründəki fəaliyyətləri dəyərləndirilib.

Yığıncaqlarda Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə bildirib ki, bu gün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı belə qüdrətli, zəngin, hər bir sahədə təcrübəsi nümunə olan, qalib Azərbaycan dövlətinin vətəndaşı olmaqdan qürur hissi keçirir: “2021-ci il tariximizə işğaldan azad edilmiş ərazilərimizin bərpası və yenidən qurulması ili kimi daxil olacaq. Qısa müddət ərzində görülən işlər bir tərəfdən torpaqlarımızın azadlığa qovuşması ilə bağlı böyük sevinc hissi yaradır, digər tərəfdən isə böyük iqtisadi və maliyyə imkanlarına malik olmağımızı təsdiqləyir. Bütün işlər Azərbaycanın öz imkanları hesabına görülür. Prezident İlham Əliyevin  bərpa və quruculuq işlərinin sürətləndirilməsinə, bu ərazilərin cənnət məkana çevrilməsinə xidmət edən sərəncamları davamlı xarakter alıb. 2003-cü ildən iqtisadiyyatın inkişafında qeyri-neft sektorunun rolunun artırılmasını  qarşıya prioritet məsələ kimi qoyan Prezident İlham Əliyev regionların malik olduğu potensial imkanlardan maksimum istifadəni  təmin etmək üçün Regional inkişaf proqramlarını təsdiqlədi və uğurla icra edilir. Bu baxımdan işğaldan azad edilmiş ərazilərimiz də  bərpa və quruculuq işləri başa çatdıqdan  sonra bu hədəfə öz töhfələrini verəcəklər.”

V.Rəhimzadə daim yeniləşən, təkmilləşən Azərbaycanın uğurlarında  hazırda 800 minə yaxın üzvü sıralarında birləşdirən Yeni Azərbaycan Partiyasının öz payı olduğunu xüsusi vurğulayaraq bildirib ki, dövrün, zamanın tələblərinə uyğun atılan addımlar daim parlaq gələcəyə əsas olur: “Yeni Azərbaycan Partiyası qəbul etdiyi qərarları, irəli sürdüyü təşəbbüsləri ilə  ölkədə gedən islahatlar prosesinə öz töhfəsini verir. Hazırkı dövr Zəfərimizin yaratdığı yeni reallıqlar dövrüdür. Qalib ölkənin qalib vətəndaşı, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu, bu gün möhtərəm Prezidentimiz İlham Əliyevin Sədri olduğu partiyanın üzvü olmaq qürurverici olmaqla yanaşı, hədəflərə doğru daha inamla irəliləməyə  böyük stimuldur.”

YAP Xətai rayon təşkilatının sədri ərazi partiya təşkilatlarının hər bir üzvünü fəal olmağa çağırıb. Bildirib ki, partiyanın monolitliyi hər bir hədəfə zamanında və yüksək səviyyədə nail olmağa əsas verir.

Sonra hesabat-seçki yığıncaqlarında təşkilati məsələlərə baxılıb. Naibə Əzizova Polad Həşimov küçəsi 17 ünvanında yerləşən  ərazi partiya təşkilatının sədri, Arzu Əhmədova  sədr müavini, Rais Babayev Əbilov küçəsi 27   ünvanında yerləşən ərazi partiya təşkilatının sədri,  Rəhim Əsgərov isə sədr müavini seçiliblər.

YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə yeni tərkiblərə fəaliyyətlərində uğurlar arzulayıb.