YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidentinin dəqiq və çevik addımları nəticəsində Ermənistan region dövlətlərinin inkişafına və yeni yaranmış reallığa xələl gətirə bilməyəcək

Müşfiq Məmmədli

Milli Məclisin deputatı

Dekabrın 14-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan ilə birgə görüşü keçirildi. İlk olaraq qeyd edim ki, 44 günlük Vətən müharibəsindən sonra imzalanan bəyənatda tərəflərin öhdəlikləri öz əksini tapdı. Lakin buna baxmayaraq, Ermənistan bəyənatdan irəli gələn müddəaları yerinə yetirmək əvəzinə regionda gərginliyin yarnmasına rəvac verən addımlar atmağa başladı. Azərbaycan Prezidenti İlham Əliyevin sərt reaksiyası, həmçinin haqlı təzyiqi nəticəsində Ermənistan konstruktiv danışıqlar masasına yenidən oturduldu. Qafqazda stabilliyin və inkişafın tərəfdarı olan Azərbaycan bölgə üçün mühüm olan kommunikasiya xəttlərinin açılması məsələsində geridönüşü olmayan mövqe sərgilədi. Təbii ki, çıxılmaz vəziyyətdə qalan Ermənistanın manupilyasiya edərək məkrli planlarını həyata keçirmək üçün heç bir şansı qalmadı. Əvvəl Soçi görüşü daha sonra isə Brüssel görüşü önəmli məsələlərin müzakirə olunaraq razılığa gəlinməsində mühüm rol oynadı. Bildiyimiz kimi görüşdə Ermənistan-Azərbaycan dövlət sərhədinin delimitasiyası ilə bağlı hər iki tərəfin müvəqqəti işçi qrupun yaradılması eyni zamanda, kommunikasiya və nəqliyyat xətlərinin açılması məsələsi geniş müzakirə olundu. Ermənistan tərəfi öz ərazisindən dəmir yolu xəttinin çəkilməsi ilə bağlı üzərinə düşən öhdəliyi təsdiq etdi. Artıq dəmir yolunun çəkilişinə tezliklə start veriləcəyi ilə bağlı Ermənistan tərəfi açıqlama verib. Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel keçirilmiş üçtərəfli görüşün nəticəsinə dair bəyanat yaydı. Bəyantda Azərbaycanın haqlı mövqeyi bir daha dəstəkləndi.

Bəyənatda göründüyü kimi Ermənistanın dəmir yolunun tikintisinə başlamağa razılıq verməsi öz əksini tapıb, bu isə faktiki olaraq Zəngəzur dəhlizi boyunca dəmir yolunun salınmasını ifadə edir.

Ümumilikdə Bürüsel görüşünü qiymtləndirərək qeyd etmək istərdim ki,  Azərbaycan Ermənistanın üzərinə daha konkret öhdəliklər və onların icrası üçün məsuliyyəti qoya bildi. Döyüş meydanında olduğu kimi, siyasi meydanda da Ermənistan dalana sıxışdırıldı. Ölkə rəhbərinin dəqiq və çevik addımları nəticəsində Ermənistan  region dövlətlərinin inkişafına və yeni yaranmış reallığa xələl gətirə bilməyəcək. Başqa sözlə ifadə etsək, Ermənistanın üzərinə düşən öhdəlikləri yerni yetirməkdən savayı çıxış yolu qalmamışdır.