YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rusiya Baş nazirinin müavini: Ölkələrimiz arasında dərin tarixi bağlılıq qarşıya qoyulan məqsədlərə çatmağa imkan verəcək

Rusiya-Azərbaycan əlaqələri çox möhkəmdir. Ölkələrimiz arasında yeni dövrdə iqtisadi əlaqələrin inkişaf etdirilməsi inteqrasiya prosesinin reallığıdır.

Azərbaycanın regionda Avropanı Asiya ilə birləşdirəcək kommunikasiyanın açılması təklifi reallaşır və bu, ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişaf perspektivləri baxımından mühüm rol oynayacaq.

Bu fikirləri Rusiya Federasiyasının Baş nazirinin müavini Aleksey Overçuk "İnteqrasiya prosesi çərçivəsində Rusiya-Azərbaycan iqtisadi əlaqələrinin hazırkı vəziyyəti və perspektivləri" mövzusunda dekabrın 16-da ADA Universitetində keçirilən konfransda deyib.

A.Overçuk bildirib ki, ölkələrimiz arasında dərin tarixi bağlılıq qarşıya qoyulan məqsədlərə çatmağa bizə imkan verəcək.

Beynəlxalq razılaşmaları diqqətdə saxlamağın çox mühüm olduğunu qeyd edən A.Overçuk MDB-yə üzv ölkələr arasında münasibətlərin yeni mərhələyə qaldırılmasının vacibliyini vurğulayıb.

"SSRİ dağıldıqdan sonra bütün sahələrdə, xüsusilə kənd təsərrüfatı sahəsində əlaqələr kəsildi. Məqsədimiz iqtisadiyyatın inkişafı üzrə vahid platforma yaratmaqdır. Bu ticarət mübadiləsi üçün çox yaxşıdır", - deyə o bildirib.

Pandemiyanın iqtisadiyyata mənfi təsirlərindən danışan Rusiyanın Baş nazirinin müavini Azərbaycanın bu ağır və çətin prosesdən uğurla keçdiyini vurğulayıb. İqtisadi ittifaqın yaradılmasının vacibliyini qeyd edən A.Overçuk MDB-nin beş ölkəsinin bu mərhələdə vahid orqanizm kimi işlədiyini qeyd edib. O deyib ki, iqtisadi sabitliyin qorunması baxımından maliyyə institutlarının yaradılması vacib amildir. Rusiya-Azərbaycan gündən-günə artan templə inkişaf edir. Rusiya biznesinin Azərbaycanda inkişaf etdirilməsində maraqlıyıq. Ölkələrimiz arasında logistika, enerji, nəqliyyat və digər sahələrdə inkişafın perspektivləri kifayət qədərdir.

DİGƏR Xəbərlər Arxiv