YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti: Biz müharibəni udduq, biz qalibik və bu reallıq nəzərə alınmalıdır

Azərbaycanın mövqeyi tamamilə açıq və aydındır. Biz sülh istəyirik, müharibə istəmirik. Biz müharibəni udduq, biz qalibik və bu reallıq nəzərə alınmalıdır.

Bu barədə Prezident İlham Əliyev İspaniyanın “El Pais" qəzetinə müsahibəsində bildirib.

“Dağlıq Qarabağ münaqişəsi həll olunub. Dağlıq Qarabağın qondarma statusu ilə bağlı və ya buna bənzər hər hansı müzakirələrə qayıdış yoxdur. Biz onu özümüz, güc yolu və siyasi vasitələrlə həll etdik. Biz BMT Təhlükəsizlik Şurasının qətnamələri qəbul olunandan 27 il sonra bunu birtərəfli qaydada həyata keçirdik və bu, ilk növbədə, Ermənistan tərəfindən nəzərə alınmalı olan yeni reallıqdır. Çünki postmüharibə vəziyyətinin gedişatından gördüyümüz kimi, əsas beynəlxalq oyunçular artıq yeni reallığı qəbul edib və gələcəyi bu yeni reallığa əsaslanaraq qurmağa çalışırlar”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

Dövlətimizin başçısı deyib ki, Ermənistan Azərbaycana qarşı istənilən düşmənçilik əməllərindən və ərazi iddialarından çəkinməlidir.