YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Nərimanov rayon təşkilatının ərazi partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib

Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının “Xətai prospekti 9” ünvanlı ərazi partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib. İlk olaraq, Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib, daha sonra torpaqlarımızı azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin  xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə ərazi partiya təşkilatının üzvü, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Yusif Sadıqov gündəlikdə duran məsələlər barədə məlumat verərək bildirib ki, yığıncaqda ərazi ilk partiya təşkilatının sədrinin partiyanın VI Qurultayından ötən müddət ərzində fəaliyyətinə dair hesabat məruzəsi dinləniləcək, eləcə də təşkilati məsələlərə baxılacaq.

Daha sonra geniş hesabat məruzəsi dinlənilərək, ərazi partiya təşkilatının fəaliyyəti və gördüyü işlərdən bəhs edilib.

Yığıncaqda çıxış edən ərazi partiya təşkilatının sədri, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu və məqsədyönlü islahatlardan danışıb. Azərbaycanın bütün sahələrdə müvəffəqiyyətlərə imza atdığını və bu uğurların bundan sonra da davamlı olacağına əminliyini ifadə edib. A.Fərzəliyev ərazi partiya təşkilatının işinə uğurlar arzulayıb.

Sonra çıxış edən YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev yığıncaq iştirakçılarına bu ilin mart ayının 5-də keçirilən partiyanın VII Qurultayından bəhs edərək yeni Nizamnamənin qəbul edilməsindən, eləcə də struktur dəyişikliklərindən danışıb. O, həmçinin rayon təşkilatı tərəfindən görülən işlər və qarşıda duran vəzifələr haqqında məlumat verib, ərazi partiya təşkilatının fəaliyyəti ilə bağlı tövsiyələrini çatdırıb.

Hesabat məruzəsi ətrafında çıxışlar edən ərazi partiya təşkilatının üzvləri təşkilatın fəaliyyətini qənaətbəxş qiymətləndiriblər.

Yığıncağın sonunda təşkilatı məsələlərə baxılıb. Elçin Quliyev ərazi partiya təşkilatının sədri, Vəfadar Zeynalov isə sədr müavini seçiliblər.