YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Heç bir qüvvə bu birliyə qarşı çıxa bilməz

Kamilə Əliyeva

Milli Məclisin deputatı

Dekabrın 1 də Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması nəticəsində şəhid olmuş hərbçilərimizlə vida günündə özlərini Azərbaycanda siyasi müxalifət adlandıran bir qrup insan icazəsiz aksiya keçirməyə cəhd etdi. Özlərini vətənpərvər adlandıran bu şəxslər doğrudan da bu amala xidmət edirdilərsə, həmin gün öz dövlətinin yanında, şəhid hərbçilərimizin anım mərasimində və yaxud şəhid ailələri ilə birlikdə olmalı idilər. Bu dəfə də onlar əsl xüsusiyyətlərini ortaya qoydular. Dövlətin, xalqın bu kədərli günündə onlar öz çirkin niyyətlərini həyata keçirməyə çalışdılar. Onların bu qeyri qanuni aksiyasının arxasında kiməsə azadlıq şüarı səsləndirmək adı altında əslində başqa niyyət dururdu. Xaricdən təlimatlandırılan bu "liderlər" son dövrlər Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzuna qara yaxmaq, ictimaiyyətdə mənfi fikirlər yaratmaq niyyəti durur. Onların bu hərəkətləri dövlətə qarşı yönəlmiş bir aksiya idi. Azərbaycan dövlətinin bu uğurlarını həzm  edə bilmirlər.

Bu gün Prezident cənab İlham Əliyevin uğurlu, müdrik və qətiyyətli siyasəti üçtərəfli Soçi görüşündə, Aşqabad şəhərində keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşündə bir daha öz təsdiqini tapmış oldu. Soçi görüşündə Azərbaycanın maraqlarına xidmət edən təkliflər müzakirə olundu və Ermənistanın Baş Naziri Paşinyan bir daha Azərbaycanın diktə etdiyi təkliflərə imza atmağa məcbur edildi. Aşqabad görüşlərində iştirak edən dövlət və hökumət başçıları və eləcə də bu görüşləri diqqətlə izləyən bütün dünya Azərbaycanın həm siyası,  həm də iqtisadi cəhətdən güclü bir dövlət olduğunun şahidi  oldular.

İstər xaricdə, istərsə də daxildə Azərbaycan dövlətinə, Azərbaycan xalqına qarşı çıxanlar hər zaman fiaskoya uğrayacaq. Azərbaycan güclü dövlətdir və Azərbaycanda xalq - iqtidar birliyi mövcuddur və heç bir qüvvə bu birliyə qarşı çıxa bilməz.