YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Baş nazir: İqtisadi siyasətin sosial siyasətlə uzlaşdırılması Prezident İlham Əliyevin dövlət siyasətinin prioritetlərindəndir

Koronavirusla mübarizə məqsədilə dövlət büdcəsindən 1,6 milyard manatdan çox vəsait xərclənib.

Bunu Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov parlamentin dekabrın 3-də keçirilən iclasında bildirib.

Zəngəzur dəhlizinin ölkəmizin iqtisadi inkişafı üçün əhəmiyyətindən danışan Baş nazir Füzuli Beynəlxalq Hava Limanının artıq istifadəyə verildiyini vurğulayıb, Laçın və Zəngilanda da hava limanlarının da inşasına başlanıldığını diqqətə çatdırıb.

Baş nazir növbəti ildə də pandemiyanın təsirlərindən qorunmağa ehtiyac olduğunu qeyd edib. Bildirib ki, iqtisadi siyasətin sosial siyasətlə uzlaşdırılması Prezident İlham Əliyevin dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Əli Əsədov vurğulayıb ki, 2022-ci il üçün dövlət büdcəsində xərclərin 69 faizi sosialyönümlüdür.

Əməkhaqlarının, sosial müavinətlərin, pensiyaların artırılması üçün əhəmiyyətli maliyyə təminatı yaradıldığını qeyd edən Əli Əsədov şəhid ailələrinin, qazilərin məsələlərinin dövlətimizin daim diqqət mərkəzində saxladığını vurğulayıb.