YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Belarus XİN başçısı: Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasında iştiraka hazırıq

Dekabrın 2-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının Stokholmda keçirilən iclası çərçivəsində Belarus Respublikasının xarici işlər naziri Vladimir Makeylə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib ki, nazirlər iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu məmnunluqla qeyd ediblər.

Tərəflər ölkələrimiz arasında müxtəlif sahələrdə həyata keçirilən əməkdaşlıq gündəliyini müzakirə ediblər.

Görüşdə həm ikitərəfli, həm də çoxtərəfli formatlarda əməkdaşlığın davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.

Nazir Ceyhun Bayramov həmkarını bölgədə mövcud olan ən son vəziyyət, üçtərəfli bəyanatların icrası ilə bağlı Azərbaycan tərəfindən atılan addımlar, azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işləri barədə məlumatlandırıb.

Belarusun xarici işlər naziri yenidənqurma işlərində iştirak etməyə hazır olduqlarını ifadə edib.

Tərəflər, həmçinin gündəlikdə duran və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.