YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Xəzər rayon təşkilatı Gənclər Birliyinin konfransı keçirilib

Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatı Gənclər Birliyinin IV hesabat-seçki konfransı keçirilib.
Tədbirdə Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov, Milli Məclisin deputatı Rauf Əliyev, Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov, Xəzər İnkişaf Fondunun direktoru İlqar Mustafayev və digər qonaqlar iştirak ediblər.
YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov rayon partiya təşkilatının bir çox uğurlara imza atdığını bildirib. O, rayon partiya təşkilatının ötən illər ərzində gördüyü işlərdən, həyata keçirdiyi tədbirlərdən danışıb.
YAP Xəzər rayon təşkilatı Gənclər Birliyinin sədri Taleh Məmmədov birliyin təşəbbüsü ilə ötən illərdə görülən işlər, həyata keçirilən tədbirlər haqqında məlumat verib.
Daha sonra təşkilatı məsələlərə baxılıb. Gənclər Birliyinin 28 nəfərdən ibarət Şura, 18 nəfərdən ibarət İdarə Heyəti, sədr və sədr müavinləri və YAP Gənclər Birliyinin respublika konfransına 8 nəfərdən ibarət nümayəndə heyəti seçilib. Səsvermə nəticəsində Taleh Məmmədov YAP Xəzər rayon təşkilatı Gənclər Birliyinin sədri, Sitarə Nəsirova və Fəridə Əzizli isə sədr müavinləri seçiliblər.
Konfransda çıxış edən Siyavuş Novruzov Xəzər rayonunda gənclərin ictimai-siyasi cəhətdən daim fəal olduqlarını söyləyib, onlara uğurlar arzulayıb. Vurğulayıb ki, son illərdə YAP-ın sıralarına daxil olanlar arasında gənclər üstünlük təşkil edir. Onlar ölkəmizin gələcəyi üçün maraqlı proqramlar hazırlayırlar. Gənclərin aktivliyini seçki proseslərində də müşahidə etmişik. Bu, bizi sevindirir.
“YAP-ın gənclər ofisində müxtəlif sahələr üzrə kurslar təşkil edilir. İstəyirik ki, gənclərimiz cəmiyyətdə baş verən proseslərə fəal qoşulsunlar. Avropa Oyunları zamanı ölkəmizə minlərlə qonaq gələcək. Onların zəruri bilgilərlə məlumatlandırılması məhz gənclərin işidir”, - deyə S.Novruzov qeyd edib.
Gülağa İslamov ölkəmizdə dövlət gənclər siyasətinin əsasının ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu, bu siyasəti hazırda Prezident İlham Əliyevin uğurla davam etdirdiyini bildirib. O, gənclərlə bağlı qəbul edilən müxtəlif dövlət proqramlarından danışıb.
Konfransda digər çıxış edənlər də rayon partiya təşkilatının Gənclər Birliyinə yeni seçilmiş üzvləri təbrik edib, onlara gələcək işlərində uğurlar arzulayıblar.