YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisin deputatı Elman Nəsirov seçiciləri ilə görüşüb

Milli Məclisin deputatı Elman Nəsirov Cəlilabad rayonunun Mikayıllı kənd seçiləri ilə görüş keçirib. Görüş çərçivəsində seçiciləri narahat edən məsələlər ətrafında fikir mübadiləsi aparılıb və həlli istiqamətində atılacaq addımlardan bəhs olunub.

Elman Nəsirov dövlətin sosial siyasətindən, vətəndaş məmnunluğunun artırılması istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. Bildirib ki, vətəndaş amili dövlətin həyata keçirdiyi siyasətin əsasında dayanır. Ölkə vətəndaşları hər addımda dövlətin onlara diqqət və qayğısını görür. Azərbaycanın bu gün özünü dünyaya sosial dövlət kimi təqdim etməsinin əsasında da uğurlu sosial-iqtisadi islahatlar dayanır.

 Görüşdə seçicilər dövlətimizin vətəndaşların sosial problemlərinin həlli istiqamətində atdığı addımları yüksək qiymətləndirərək ölkə Prezidenti İlham Əliyevə təşəkkürlərini ifadə ediblər.

Seçicilər onları narahat edən məsələlərin tezliklə öz müsbət həllini tapacağına əminliklərini bildiriblər.