YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Nəsimi rayon təşkilatının ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları davam edir

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları davam edir. YAP Nəsimi rayon təşkilatının   N.Yusifbəyli küç. 56 ünvanında yerləşən ərazi partiya keçirilən hesabat-seçki yığıncağında Vətən uğrunda canından keçən şəhidlərimizin və Ümummilli Liderimiz Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.  

         Ərazi partiya təşkilatının ötən dövr ərzindəki fəaliyyəti barədə hesabat məruzəsi dinlənildikdən sonra hesabat məruzəsi ətrafında geniş müzakirələr aparılıb və ərazi ilk partiya təşkilatının hesabat dövrü ərzindəki fəaliyyətləri qənaətbəxş hesab olunub.  

         Daha sonra gündəlikdə duran ikinci məsələ ilə bağlı iclas iştirakçıları tərəfindən ərazi partiya təşkilatının sədr və sədr müavini seçilib.  Təranə Paşayev Yeni Azərbaycan Partiyası N.Yusifbəyli küç., 56  üzrə ərazi partiya təşkilatının sədri,  Rəşad Bayramov sədr müavini seçiliblər.  

         İclasların sonunda YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov yeni seçilən sədr və sədr müavinini təbrik edərək işlərində uğurlar arzulayıb və partiya üzvlərini partiyanın fəaliyyətində daha da yaxından iştirak etməyə çağırıb. 

 

DİGƏR Xəbərlər Arxiv