YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Prezidentimizin İƏT-in XV Zirvə toplantısındakı çıxışı Dövlətimizin gücünün, nüfuzunun və sürətli inkişafının göstəricisidir

Məlahət İbrahimqızı 

Milli Məclisin deputatı

Məlumdur ki, noyabrın 28-də möhtərəm Prezidentimiz cənab İlham Əliyev  İqtisadi Əməkdaşlıq Təşkilatının  (İƏT) Türkmənistanın paytaxtı Aşqabad şəhərində keçirilən XV Zirvə Toplantısında iştirak etmişdi.

Bildiyimiz kimi Zirvə Toplantısına Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sədrlik edirdi. Zirvədə çıxış edən Prezidentimiz İƏT-in siyasi-iqtisadi, geosiyasi əhəmiyyətini, ölkəmizin bu təşkilatda daima fəal olduğunu və üzv dövlətlər arasındakı münasibətlərin dostluq və qarşılıqlı hörmətə əsaslandığını xatırlatmışdır. O, xalqımızın Ulu Öndəri Heydər Əliyevin bu təşkilatın yarandığı ilk illərdə onun təşəbbüsünün üzv ölkələr tərəfindən dəstəkləndiyini qeyd edərək, təşəkkür etmişdir. Ümumiyyətlə İƏT-in üzvü olan ölkələr bir neçə beynəlxalq platformada, xüsusən də İKT, Qoşulmama Hərəkatı təşkilatında sıx əməkdaşlıq edir. Bu mənada çox mühüm coğrafiyanı əhatə edən  İƏT üzvlərinin əməkdaşlığı böyük faydalar verə bilər. Qürurla qeyd etmək istərdim ki, Azərbaycan  üzv olduğu bütün dövlətlərlə həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlıq çərçivəsində ən etibarlı tərəfdaş sayılır. Elə bu etimadın nəticəsidir ki,

İqtisadi Əməkdaşlıq Təşkilatının Tədqiqat Mərkəzi Azərbaycanda yerləşəcəkdir. Dövlətimizin Başçısı əminliklə bu Mərkəzin İƏT çərçivəsində əməkdaşlığa önəmli töhfə verəcəyini bildirdi. Möhtərəm Prezidentimiz çıxışında ölkəmizdə son illərdə bütün sahələrdə aparılan uğurlu islahatlar, iqtisadiyyatımızın ilbəil sürətlə artan inkişafı, kürəsəl maliyyə böhranı və pandemiya mühitində artan xarici sərmayə qoyuluşu, yoxsulluq və işsizliyin səviyyəsinin minimum həddə salınması və əldə olunmuş nailiyyətlərin beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilməsi haqqında məlumatları üzv dövlətlərin rəhbərlərinin diqqətinə çatdırdı. O, Beynəlxalq təşkilatlar tərəfindən təqdir edilmiş həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə COVID-19 pandemiyasının ilk günündən görülmüş işləri iştirakçıların diqqətinə çatdırmışdı.  “Peyvənd millətçiliyi”ni kəskin tənqid  etməklə bərabər, O, bu xəstəliyə qarşı mübarizədə beynəlxalq aləmdə səylərin səfərbər olunmasının zəruri olduğunu vurğuladı. Prezidentimizin Qoşulmama Hərəkatının sədri kimi Azərbaycanın təşəbbüsü ilə BMT-nin İnsan Hüquqları Şurası və BMT Baş Assambleyası tərəfindən qəbul edilən və bütün ölkələr üçün peyvəndlərdən istifadə məqsədilə bərabər imkanların təmin olunmasına dair qətnamələrin əməkdaşlığın uğuru kimi dəyərləndirilir. Ümumiyyətlə ötən dövr ərzində bütün beynəlxalq tədbirlərdə və yüksək kürsülərdə möhtərəm Prezidentimiz   Azərbaycanın milli marağı olan, uzun illər məruz qaldığımız Qarabağın işğalını, bu problemlərin həllində beynəlxalq təşkilatların susqunluğunu və riyakar mövqeyini çəkinmədən, qətiyyətlə səsləndirmişdir. Zirvə toplantısında da O, 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazandığımız Zəfəri, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən 30 ilə yaxın davam edən işğalına son qoyulması, Ermənistanın məğlubiyyət və kapitulyasiya aktının imzalamasına məcbur edilməsi  və BMT TŞ-nın 1993-cü ildə qəbul etdiyi, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamənin icra edilməsi ilə bağlı həmkarları bird aha məlumatlandırdı. Erməni vandalizmi haqqında danışarkən O, işğal dövründə bu ərazilərdə bütün şəhər və kəndlərin, eləcə də mədəni və dini irs abidələrinimizin yerlə-yeksan edilməsi, müsəlmanlara qarşı təhqir və nifrət hesab edilən 67 məsciddən 65-nin tam dağıdılması və təhqir edilməsi, qəbiristanlıqların darmadağın edilməsi haqqında məlumatları Zirvədə iştirak edənlərə çatdırmaqla, getdikcə artan islamafobiya mühitində islam ölkələrinin həmrəyliyinin zəruriliyindən danışdı. O, müharibə bitdikdən həmən sonra Azərbaycan hökumətinin öz maliyyə gücü ilə  işğaldan azad edilən ərazilərdə gördüyü genişmiqyaslı layihələrı da qeyd etdi.  Möhtərəm Prezidentimizin Zirvə tədbirində Qarabağın və Şərqi Zəngəzuru yaşıl enerji zonası elan edilməsi, Zəngəzur dəhlizinin reallığa çevrilməsi, bu yeni nəqliyyat infrastrukturunun Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin önəmli hissəsi olacağını çıxışında əminliklə səsləndirməsini əslində İƏT-ə üzv ölkələrinin bu istiqamətlərdə sıx əməkdaşlığa dəvət hesab etmək olar. Yekun olaraq, demək istərdim ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin İƏT-in Zirvə toplantısındakı çıxışı Azərbaycan dövlətinin gücünün, nüfuzunun, sürətli inkişafının göstəricisi olmaqla, həm də İƏT çərçivəsində beynəlxalq əməkdaşlığın üzv ölkələr üçün çox faydalı və zəruri ehtiyac olmasının ifadəsi idi.