YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Nərimanov rayon təşkilatında hesabat-seçki yığıncaqları davam edir

YAP Nərimanov rayon təşkilatının “Ağa Nemətulla 122C”, “M.Məmmədzadə 10” küçələri üzrə ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilib.

Ərazi partiya təşkilat sədrləri hesabat məruzəsi ilə çıxış edərək təmsil etdikləri təşkilatın VII qurultayından sonrakı dövr ərzində görülmüş işlərdən və qarşıda duran vəzifələrdən danışıblar.

Hesabat məruzəsi ətrafında geniş müzakirələr aparılıb və ərazi partiya təşkilatlarının hesabatı qənaətbəxş hesab olunaraq qəbul edilib. Daha sonra partiya təşkilatlarının rəhbər orqanlarının yeni tərkibi seçilib.

Yığıncaqlarda təşkilati məsələlərə də baxılıb. “Ağa Nemətulla 122C” küçəsi üzrə ərazi partiya təşkilatına Cuvarlinskaya Lolita sədr, Xudiyeva Səmayə sədr müavini, “M.Məmmədzadə 10” küçəsi üzrə ərazi partiya təşkilatına isə Məmmədov Sadiq sədr, Quliyeva Elnarə sədr müavini seçilib.

Yığıncaqlarda çıxış edən YAP Nərimanov rayon təşkilatının məsul əməkdaşı Vüsal Əliyev yeni seçilmiş rəhbərliyi təbrik edib, ərazi partiya təşkilatlarına fəaliyyətlərində uğurlar arzulayıb.

 

 

DİGƏR Xəbərlər Arxiv