YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın müdafiə naziri Xorvatiyanın Prezidenti ilə görüşüb

Martın 11-də Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovu Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviç qəbul edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə ölkələrimiz arasında əlaqələrin bütün istiqamətlər üzrə uğurla inkişaf etdiyi vurğulanaraq, səfərin məsuldar keçdiyi və hərbi sahədə əməkdaşlığa töhfə verəcəyinə, o cümlədən əlaqələrin daha da genişlənəcəyinə əminlik bildirilib.
Görüşdə təhlükəsizlik və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.