YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Cəlilabadda şəhid Mirlətif Ağayevin şəhadətinin ildönümü qeyd edilib

Yeni Azərbaycan Partiyası Cəlilabad rayon təşkilatının rəhbərliyi və fəalları, Cəlilabad Rayon İcra Hakimiyyətinin və hüquq-mühafizə orqanlarının əməkdaşları, din xadimləri, qazilər və ictimaiyyətinin nümayəndələri Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən Vətən müharibəsindəki döyüşlərdə qəhrəmancasına şəhid olan Göytəpə şəhərindən şəhid Ağayev Mirlətif Mirislam oğlunun şəhadətinin ildönümünə həsr olunmuş mərasimdə iştirak ediblər.

Mərasimdə Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidimizin əziz xatirəsi ehtiramla yad edilib.

Mərasim iştirakçıları şəhid Mirlətif Ağayevin ruhuna dualar oxuyub, onun döyüş yolu barədə söhbət açıb və valideynlərinə dərin hüznlə başsağlığı veriblər.

Daha sonra Bəcirəvan kəndində Birinci Qarabağ və Vətən Müharibəsində şəhid olmuş həmvətənlərimizin xatirəsinə ucaldılmış abidənin açılış mərasimi keçirilib.

Allah bütün şəhidlərimizə rəhmət etsin!

DİGƏR Xəbərlər Arxiv