YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhid Mirəli Hüseynovun doğum günü ilə əlaqədar ailə üzvləri ziyarət olunub

Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Rövşən Əhmədov və partiya nümayəndələri, Ağcabədi Rayon İcra Hakimiyyəti başçısı aparatının “Vətən Müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili” şöbəsinin müdiri Şöhrət Orucov şəhid Hüseynov Mirəli Arif oğlunun doğum günü münasibətilə ailə üzvlərini ziyarət ediblər.

Tədbir iştirakçıları əvvəlcə şəhidin yaşadığı evin yaxınlığında inşa olunan xatirə bulaq kompleksinin önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad ediblər.

Daha sonra ailə üzvləri ilə görüşərək onların qayğı və problemləri ilə maraqlanıblar. R.Əhmədov Mirəlinin vətənpərvər gənc, cəsur və igid döyüşçü kimi ad qazandığını və torpaqlarımızın erməni işğalçılarından azad edilməsində xüsusi xidmətləri olduğunu qeyd edib. Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. 

Qeyd edək ki, Mirəli Hüseynov 2021-ci il oktyabr ayının 28-də Qubadlı şəhəri uğrunda gedən döyüşlərdə şəhid olub. Prezidentin sərəncamlarına əsasən, o, ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad  olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.