YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhid Novruz Məmmədovun ildönümü mərasimi keçirilib

Sumqayıtda Vətən müharibəsi şəhidi Məmmədov Novruz İnqilab oğlunun ildönümü mərasimi keçirilib.

Anım tədbirinə YAP Sumqayıt şəhər təşkilatının nümayəndələri, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Ramiz Hüseynov, Milli Məclisin deputatı Müşfiq Məmmədli qatılıb.

Tədbirdə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən hərbi əməliyyatlarda Novruzun timsalında neçə-neçə igidimizin qarşıya qoyulan döyüş tapşırıqlarını şərəflə yerinə yetirərək əsl qəhrəmanlıq nümunələri sərgilədiyi bildirilib.

Qeyd edək ki, Novruz Məmmədov 2020-ci il oktyabrın 24-də Cəbrayıl rayonunun işğaldan azad olunması uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Prezidentin sərəncamına əsasən, o, ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.