YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Sabunçu rayon təşkilatı hesabat-seçki yığıncaqlarını davam etdirir

Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatı Məmmədliyev küçəsi 16 ərazi ilk partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib.

Ərazi partiya təşkilatının sədri İsmət Məmmədov hesabat məruzəsi ilə çıxış edərək YAP rayon təşkilatının VII qurultayından sonrakı dövr ərzində görülmüş işlərdən və qarşıda duran vəzifələrdən danışıb. Bildirib ki, ərazi partiya təşkilatındakı partiya üzvləri istər ölkə səviyyəsində keçirilən tədbirlərdə, istərsə də rayon tədbirlərində fəal iştirak edirlər.

Hesabat məruzəsi ətrafında geniş müzakirələr aparılıb və ərazi ilk partiya təşkilatının hesabatı qeyri-qənaətbəxş hesab olunub.

Daha sonra partiya təşkilatının rəhbər orqanlarının yeni tərkibi seçilib.

Yığıncaqda çıxış edən YAP Sabunçu rayon təşkilatının sədri Misirxan Vəliyev çıxış edərək bildirib ki, Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. Şübhəsiz, sosial-siyasi sabitliyin qorunması, mövcud iqtisadi inkişaf, hərtərəfli tərəqqi heç də asan məsələ deyildi. Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin elan etdiyi "Qarabağ Azərbaycandır və nida" şüarı xalqımızı qələbəyə səsləyən rəhbər çağırışı oldu. 44 gün davam edən Vətən müharibəsində cəmiyyətimizin nümayiş etdirdiyi möhtəşəm səfərbərlik xalqımızın dövlət başçısının ətrafinda sıx birləşdirdi.

M.Vəliyev ərazi partiya təşkilatının yeni seçilmiş sədr və müavini təbrik edərək, iclas iştirakçılarını partiyanın fəaliyyətində daha da yaxından iştirak etməyə çağırıb, həmçinin VII qurultayda YAP rəhbərliyi tərəfindən qarşıya qoyulan vəzifələr, öhdəliklər, yeni sturuktur və yeni fəaliyyət haqda partiya fəallarına məlumat verib.

DİGƏR Xəbərlər Arxiv