YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Beyləqanda daha iki şəhidin anım günü keçirilib

Oktyabrın 26-da Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının rəhbərliyi və fəalları daha iki beyləqanlı şəhidin –rayonun Birinci Şahsevən kəndinin şəhidi İsmayılzadə Vaqif  Vüqar oğlunun  və Beyləqan şəhərinin şəhidi Atakişiyev Toğrul Ramil oğlunun il mərasimlərində iştirak edərək şəhidlərin ailələrinə təmkin və səbr diləyiblər.

Mərasim iştirakçıları şəhidlərin ruhlarına dualar oxuyub, əziz xatirələrini yad ediblər.

Qeyd edək ki, təşkilatın rəhbərliyi və fəalları davamlı olaraq şəhidlərin doğum və şəhadət günlərində onların ailələrinə baş çəkərək problem və qayğıları ilə maraqlanır, həmçinin şəhid məzarlarını ziyarət edərək üzərlərinə gül-çiçək dəstələri düzüblər.