YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Samuxda şəhid Ruslan Əsədovun ildönümü qeyd olunub

Vətən müharibəsində qəhrəmanlıq göstərərək tarix yazan şəhidlərimizdən Əsədov Ruslan Rövşən oğlunun doğulduğu Samux rayonu İnstitut qəsəbəsində ildönümü qeyd olunub. Anım mərasimində  Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev, Yeni Azərbaycan Partiyası Samux rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Gündüz Bayramov, şəhidin ailə üzvləri və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Şəhidimizin məzarı ziyarət olunub, məzarı üstünə gül-çiçək dəstələri düzülərək əziz xatirəsi böyük ehtiramla yad edilib, şəhidimizin ruhuna dualar oxunub.

Mərasim zamanı şəhidimizin keçdiyi qəhrəmanlıq yolundan, döyüşlər zamanı göstərdiyi şücaətdən danışılıb. Qeyd olunub ki, daima Vətəninə bağlı olan Ruslan Əsədov bir çox çətin döyüşlərdə iştirak edib, torpaqlarımızın azadlığı uğrunda ağır əməliyyatlardan uğurla çıxıb.

Qeyd edək ki, Ruslan Əsədov Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub.