YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhid Sevindik İsmayılzadənin ildönümü mərasimi keçirilib

Biləsuvar rayonunda 44 günlük Vətən müharibəsi şəhidi, Cəbrayılın Soltanlı kəndindən olan əsgər İsmayılzadə Sevindik Ramil oğlunun ildönümü mərasimi keçirilib.

Anım tədbirinə Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, YAP Cəbrayıl rayon təşkilatının nümayəndəsi Məhəmməd Əliyev, partiya fəalları, Qarabağ müharibəsi əlilləri, şəhid anaları qatılıblar.

Mərasim iştirakçıları şəhidin məzarını ziyarət edərək üzərinə gül-çiçək dəstələri qoyub, ruhuna dualar oxuyublar.

 Tədbirdə şəhidin şərəfli ömür yolundan, döyüşlərdə göstərdiyi şücaətdən, Vətən sevgisindən geniş söhbət açılıb.

 Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.