YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhid Kənan Nadirlinin ailə üzvləri ziyarət olunub

YAP Cəlilabad rayon təşkilatının rəhbərliyi və partiya fəalları rayonun Kövüzbulaq kənd sakini, Vətən müharibəsi şəhidi Nadirli Kənan İlqar oğlunun ailə üzvlərini ziyarət ediblər.

Təşkilat nümayəndələri ailənin qayğı və problemləri ilə maraqlanıb, onları narahat edən məsələlərin tezliklə həllini tapacağını bildiriblər.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan, Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, şəhid Kənan Nadirli döyüşlərdə göstərdiyi şücaətə görə ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunması” və “Qubadlının azad olunması” medallarına layiq görülüb.