YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nizami rayonunda şəhid Cavid Həsənovun xatirəsi anılıb

Bakıdakı 214 nömrəli tam orta məktəbdə Vətən müharibəsi şəhidi Cavid Həsənovun xatirəsi anılıb.

Tədbir Dövlət Himninin səsləndirilməsi, Vətən şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

İştirakçılar əvvəlcə şəhid Cavid Həsənovun adını daşıyan sinif otağı və xatirəsini əbədiləşdirmək məqsədilə hazırlanan guşə ilə tanış olublar.

Məktəbin direktoru Fəttah Fəttayev, BŞTİ-nin müdir müavini Hüseyn Əsgərov, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Nizami rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əli Axundov, Nizami rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Rüstəm Bayramov, şəhidin ailə üzvləri, döyüş və sinif yoldaşları çıxış edərək Vətən müharibəsində Azərbaycan oğullarının göstərdiyi şücaət və qəhrəmanlıqlardan, yetişən gənc nəslin üzərinə düşən vəzifələrdən danışıblar.

Bildiriblər ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz tərəfindən şəhidlərimizin xatirəsinə, Milli qəhrəmanlarımıza, qazi və şəhid ailələrinə sonsuz ehtiram göstərilir.

Çıxış edənlər Cavidin qısa və şərəfli ömür yolundan, onunla bağlı xatirələrindən danışıblar. Qeyd edilib ki, Cavidlə bərabər Vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın hər biri gənc nəslə örnəkdir. Torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda canından keçən Cavidin və bütün Vətən şəhidlərinin xatirəsi heç vaxt unudulmayacaq, daim qürur hissi ilə anılacaq.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər.

Tədbir zamanı şəhidin həyat yolundan bəhs edən videoçarx nümayiş olunub.

Daha sonra məktəblilərin ifasında vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib.

DİGƏR Xəbərlər Arxiv