YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisin deputatı Fatma Yıldırım şəhid ailələrini ziyarət edib

Milli Məclisin deputatı Fatma Yıldırım Bərdə rayonunun Çəyirli kəndindən şəhid əsgər Hümbətzadə Şahmuraz Əyyub oğlunun,  Əyricə kəndindən  şəhid əsgər  Nağıyev Yusif  Bərxudar oğlunun, Güloğlular kəndindən şəhid əsgər Nağıyev Baloğlan  Müdahət oğlunun şəhidlik zirvəsinə ucalmalarının birinci ildönümü ilə bağlı ailələrini ziyarət edib.

Şəhidlərimizin xatirəsi ehtiramla yad edilib, ruhlarına dualar oxunub.

Millət vəkili şəhidlərin valideynlərinə belə vətənpərvər oğullar böyütdükləri  üçün minnətdarlığını bildirərək  onların əziz xatirəsinin daim xalqımızın qəlbində yaşayacağını vurğulayıb.

 

DİGƏR Xəbərlər Arxiv