YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rusiya Prezidenti Vladimir Putin Əli Həsənovu və Oqtay Əsədovu təltif etdi

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun və Milli Məclisin spikeri Oqtay Əsədovun "Dostluq" ordeni ilə təltif edilməsi haqqında fərman imzalayıb.

2015-ci il martın 5-də imzalanmış fərman RF-nin hüquqi informasiya portalında dərc olunub. /Trend/

Fərmanda bildirilir ki, Oqtay Əsədov və Əli Həsənov "Rusiya Federasiyası ilə dostluğun və əməkdaşlığın möhkəmləndirilməsində böyük töhfəyə" görə təltif ediliblər.