YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Amerikanın ispandilli “Eurasia Hoy” xəbər portalı Dağlıq Qarabağ münaqişəsinin və Xocalı faciəsinin ilkin səbəbləri haqda bəhs edib

Amerikanın ispandilli “Eurasia Hoy” xəbər portalında AZƏRTAC-ın ABŞ-dakı xüsusi müxbiri Yusif Babanlının “Fəlakət: Qafandan Xocalıya qədər” adlı məqaləsi dərc edilib: (http://eurasiahoy.com/02032015-la-debacle-de-kafan-a-jodyali/).
Müəllif Ermənistan-Azərbaycan münaqişəsinin ilkin səbəbləri, Sovet rəhbərliyi sıralarında yer tutan ermənilərin Azərbaycanın Dağlıq Qarabağ regionunun ilhaq edilərək Ermənistana birləşdirilməsi məqsədilə 1987-ci ildə başladığı millətçi hərəkat və onların yürütdüyü antiazərbaycan siyasəti barədə söhbət açır.
Qeyd edilir ki, ermənilərə Azərbaycan Respublikası hüdudlarında siyasi və iqtisadi muxtariyyət verilmişdi, Ermənistan SSR-də yaşayan 220 min etnik azərbaycanlı isə analoji hüquqlardan məhrum idi.
Məqalədə Ermənistan ordusunun, erməni quldur dəstələrinin və 366-cı motoatıcı alayın törətdiyi Xocalı faciəsi nəticəsində Azərbaycanın 613 nəfər dinc sakinin qətlə yetirilməsi barədə ətraflı məlumat verilir.
Buna görə də kütləvi qırğınların bütün icraçılarını – istər Nyu-Yorkdakı terror aktının, istər Xocalıdakı qırğının icraçıları olsun, onların hamısını ədalət mühakiməsi gözləyir.