YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Türkiyəyə səfər edib

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikasının Diyanət İşləri başqanı Mehmet Görmezin dəvəti ilə bu ölkəyə səfərə gedib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, səfər çərçivəsində ölkələrimiz arasında din sahəsində əlaqələrin perspektivləri müzakirə ediləcək, həmçinin Diyanət İşləri Başqanlığında, Diyanət Vəqfində, Ankara Universitetində bir sıra görüşlər keçiriləcək.
Mübariz Qurbanlı səfər zamanı bir sıra dövlət və hökumət rəsmiləri, o cümlədən Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək, Baş nazirin müavini Bülənt Arınçla da görüşlər keçirəcək

 

DİGƏR Xəbərlər Arxiv