YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Əhliman Əmiraslanov: Elmin inkişafı daim dövlətimizin diqqət mərkəzindədir

«Elmin inkişafı daim dövlətimizin diqqət mərkəzindədir». Bu fikri Azərbaycan Tibb Universitetinin rektoru, akademik Əhliman Əmiraslanov deyib.

Ə.Əmiraslanov bildirib ki, hər bir ölkənin inkişafının əsasında elm dayanır. Onun sözlərinə görə, bu mənada ölkəmizin, cəmiyyətimizin inkişafı bu və ya digər dərəcədə elmin inkişafı ilə bağlıdır.

«Prezident İlham Əliyevin Azərbaycan elminə, elmin inkişafına qayğısı yüksək dəyərləndirilməlidir. Dövlətimizin AMEA-ya çox böyük diqqət və qayğısı var. Bu amil elmimizin inkişafına çox böyük təkan verəcək. Bu gün ölkəmizdə tibb elminin inkişafına da xüsusi diqqət göstərilir. Bu sahədə ölkəmizdə güclü mütəxəssislər yetişməkdədir. Təsadüfi deyil ki, Azərbaycan Tibb Universitetinin məzunu olan mütəxəssislər dünyanın bir çox ölkəsində çalışırlar. Bu, bizim böyük uğurumuzdur»- deyə, akademik vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv