YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

XİN rəsmisi: 30 illik işğal dövründə azərbaycanlıların hüquqlarının pozulmasına görə Ermənistanı məsuliyyətə cəlb edəcəyik

Azərbaycan Ermənistanı irqi ayrı-seçkiliyin ləğv edilməsi haqqında Konvensiyanı pozmasına görə məsuliyyətə cəlb edəcək.

Bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov özünün tviter səhifəsində yazıb.

Nazir müavini bildirib: “Yaxın günlərdə biz Ermənistanı İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanı pozmasına görə məsuliyyətə cəlb edəcəyik. 30 illik işğal dövründə azərbaycanlıların hüquqlarının pozulması qəbuledilməzdir”.