YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“TurAz Şahini – 2021” təlimlərinin bağlanış mərasimi keçirilib

Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin Konya şəhərindəki aviabazada keçirilən “TurAz Şahini - 2021” birgə taktiki təlimlərinin bağlanış mərasimi olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bağlanış mərasimində aviasiya bazasının komandiri general-mayor Öndər Şənsöz təlimlərdə iştirak edən şəxsi heyətə təbriklərini çatdıraraq, onlara gələcək xidmətlərində uğurlar arzulayıb.

Bildirilib ki, uğurla başa çatan təlimlərdə uçuş, texniki və təminat heyətləri böyük təcrübə qazanıblar. Hərbi pilotların döyüş hazırlığının daim yüksək səviyyədə saxlanılmasında bu kimi təlimlərin əhəmiyyəti xüsusi qeyd olunub və növbəti birgə təlimlərin keçirilməsinin zəruriliyi də əminliklə ifadə edilib.

Döyüş təyyarələrinin taktiki-texniki imkanlarından bacarıqla istifadə edərək təlimdə verilən bütün tapşırıqları peşəkarlıqla yerinə yetirən pilotların fəaliyyəti baza komandiri tərəfindən yüksək qiymətləndirilib.

Sonda iştirakçılara sertifikatlar təqdim edilib və xatirə şəkli çəkdirilib.

Qeyd edək ki, birgə təlimə Azərbaycan Hərbi Hava Qüvvələrinin iki “MİQ-29” qırıcı və iki “SU-25” hücum təyyarələri cəlb olunub.