YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev: Biz hər bir rayonun inkişafı ilə bağlı lazımi addımları atacağıq

Əlbəttə, biz hər bir rayonun inkişafı ilə bağlı lazımi addımları atacağıq. Əsas infrastruktur layihələrinin başa çatması o demək deyil ki, biz bu maliyyə və maddi dəstəyi kəsəcəyik. Yox, verəcəyik, ancaq məqsədyönlü şəkildə, bütün qaydaları nəzərə almaq şərti ilə verəcəyik.

Bu barədə Prezident İlham Əliyev Cəlilabad və Şəmkir rayonlarına təyin olunmuş icra hakimiyyəti başçılarını videoformatda qəbul edərkən çıxışı zamanı bildirib.

“Həbs edilmiş icra başçıları, - təkcə Cəlilabad, Şəmkir rayonlarından söhbət getmir, - digər rayonlarda da tender prosedurlarını kobudcasına pozurdular. Yəni, dövlət xətti ilə aparılan layihələrin, dövlət alışlarının icrası ilə əlaqədar tenderlərdə adətən bir neçə icra başçısına, ya da ki, onun müavininə yaxın olan şirkətlər qalib gəlirdilər. Nə üçün? Çünki burada da rüşvətxorluq və mənimsəmə halları kütləvi xarakter alırdı və bu da dövlət büdcəsinə böyük ziyandır. Əgər korrupsiya, rüşvətxorluq halları olmasaydı, baxın, bizim dövlət büdcəmiz nə qədər artardı, bizim imkanlarımız nə qədər genişlənərdi”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Bu gün aparılan islahatlar nəticəsində əldə edilmiş əlavə mənfəətin, ilk növbədə, insanların həyat səviyyəsinin yaxşılaşmasına yönəldildiyini söyləyən Prezident İlham Əliyev deyib ki, ilin doqquzuncu ayı olsa da, şəffaflıq, islahatlar nəticəsində dövlət büdcəsində profisit yaranıb və bunun böyük hissəsi yenə də insanların sosial müdafiəsinə yönəldilir.