YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Hüseynova: Əhalinin sosial müdafiəsinə diqqət daha da artıb

«Son vaxtlar iqtisadi proseslərin nəticəsi olaraq əhalinin sosial müdafiəsinə diqqət daha da artıb». Bu fikri Milli Məclisin Sosial siyasət komitəsinin üzvü Sevinc Hüseynova deyib.

S.Hüseynova bildirib ki, manatın məzənnəsi ilə bağlı yaranmış vəziyyət bəzi işbazları hərəkətə keçirib. Onun sözlərinə görə, dövlətin müvafiq strukturları bu məsələləri nəzarətdə saxlayır.

«Dövlətimiz daim ölkəmizdə əhalinin sosial müdafiəsinin gücləndirilməsini prioritet elan edib. Təsadüfi deyil ki, dünya iqtisadi böhranına baxmayaraq ölkəmizdə sosial proqramlar təxirə salınmayıb. Bu fikir bir daha rəsmi səviyyədə bəyan olunub. Bütün bunlar onu göstərir ki, Azərbaycanda sosial dövlət quruculuğu uğurla həyata keçirilir»- deyə, komitə üzvü qeyd edib.

 

DİGƏR Xəbərlər Arxiv