YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Norveç parlamenti qarşısında Xocalı soyqırımı ilə bağlı aksiya keçirilib

Norveç Azərbaycanlıları Gənclər Təşkilatı (NAYO) və Oslo Azərbaycan Evinin təşkilatçılığı ilə parlamentin – Stortingetin binası qarşısında Xocalı soyqırımı qurbanlarını anma aksiyası keçirilib.
Oslo Azərbaycan Evinin sədri Ramil Əliyevin verdiyi məlumata görə, tədbirdə Norveçdə yaşayan azərbaycanlılar faciə qurbanlarının xatirəsini yad edərək Azərbaycan həqiqətlərini yerli ictimaiyyətə çatdırmağa çalışıblar.
Aksiyanın sonunda Xocalı faciəsinin soyqırımı kimi tanınması, hadisəyə hüquqi və siyasi qiymət verilməsi, səbəbkarların cəzalandırılması tələbi əks olunmuş müraciət qəbul edilib. Müraciət Norveç parlamentinin sədrinə və hüquq komitəsinə təqdim edilib.
Parlamentin qarşısındakı piketdən sonra aksiya iştirakçıları ”Xocalıya ədalət!” şüarı səsləndirərək Oslonun mərkəzi küçəsi ilə yürüş ediblər.
Aksiyaya Norveç Azərbaycanlıları Gənclər Təşkilatı (NAYO) və Oslo Azərbaycan Evinin əməkdaşlıq etdiyi türk, çeçen icmalarının nümayəndələri və azərbaycanlıların dostu olan norveçlilər də qatılıb.
Aksiyanın iştirakçıları yerli sakinlərə Xocalı soyqırımı və erməni vəhşilikləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında məlumatların əks olunduğu vərəqələr və broşürlər paylayıblar.