YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Müdafiə Sənayesi Nazirliyinin “İDEX-2015” sərgisində nümayiş etdirdiyi məmulatlar böyük maraqla qarşılanıb

Müdafiə Sənayesi Nazirliyinin (MSN) müəssisələrində yaradılan və istehsal olunan müdafiə təyinatlı məmulatlar fevralın 22-dən 26-dək Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Abu-Dabidə keçirilən “İDEX-2015” beynəlxalq müdafiə sənayesi sərgisində nümayiş etdirilib.
MSN-dən bildiriblər ki, iki ildən bir keçirilən “İDEX” sərgisində nazirlik ikinci dəfə iştirak edib.
Dünyanın 55 ölkəsindən 1162 şirkətin qatıldığı sərgidə MSN 170-dən artıq müdafiə təyinatlı məmulat nümayiş etdirib. Beynəlxalq sərgidə “İstiqlal-1T”, “Mübariz”, “Yalquzaq”, “Yırtıcı” snayper tüfəngləri, ”Şimşək-10” hücum pulemyotu, müxtəlif növ döyüş sursatları ilə yanaşı, ilk dəfə sərgilənən məmulatlardan NATO standartlarına uyğun 5,56x45 çaplı avtomat silah MSN-in stendini ziyarət edən xarici nümayəndə heyətləri tərəfindən böyük maraqla qarşılanıb.
Səfər çərçivəsində nazir Yavər Camalovun “İDEX-2015” sərgisinə qatılan Türkiyə, ABŞ, Almaniya, Fransa, Braziliya, Cənubi Afrika Respublikası, Çin, Çexiya və digər ölkələrin qabaqcıl şirkətlərini təmsil edən nümayəndə heyətlərinin rəhbərləri ilə keçirdiyi görüşlərdə mövcud və yeni əməkdaşlıqlara dair danışıqlar aparılıb.
Müdafiə Sənayesi Nazirliyinin əməkdaşları sərgidə iştirak edən ölkələrin nümayəndə heyətlərinə 2016-cı ildə Azərbaycanda keçiriləcək “ADEX-2016” ikinci beynəlxalq müdafiə sənayesi sərgisi ilə bağlı məlumat verib və dəvətləri çatdırıblar.

 

DİGƏR Xəbərlər Arxiv