YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

ABŞ Konqresmeni Donald Peyn Xocalı faciəsi ilə bağlı bəyanatla çıxış edib

ABŞ-ın Nyu-Cersi ştatından olan konqresmen Donald Peyn Xocalı faciəsinin 23-cü ildönümü ilə əlaqədar ABŞ Konqresində bəyanatla çıxış edib. O, Azərbaycan torpağı olan Xocalıda 1992-ci il fevralın 25-dən 26-na keçən gecə 613 nəfərin qətlə yetirildiyini bildirib. Donald Peyn bəyanatında digər Konqres üzvlərini də Xocalıda törədilən dəhşətli qətliamı tanımağa çağırıb.
Eyni zamanda, Konqresmen Peyn Azərbaycanın strateji baxımdan əhəmiyyətli bölgədə ABŞ-ın güclü müttəfiqi olduğunu da vurğulayıb.