YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Astronomlar Günəşdən 12 milyard dəfə böyük olan kosmik nəhəng aşkarlayıblar

Öz tədqiqatları barədə məlumat verən alimlər işığı əks etdirməyən və bu səbəbdən də gözlə görünməyən qara dəliyi deyil, onun özünə “sovurduğu” həddən artıq yüksək temperatura malik işıldayan materiya – kvazarı təsvir edirlər. Harvard universitetindən olan kosmoloq Avi Loeb tapıntını “uyğunluq termini ilə desək indiyə qədər aşkarlanan nəhənglər arasında ən nəhəngi” adlandırıb.

Məlumata görə, bu obyekt alimləri həddən artıq çətinliyə salıb. Məsələ bundadır ki, o, Yer kürəsindən 12,8 milyard işıq ili qədər uzaqlıqda yerləşir. Alimlərə görə kainatın yaşı təxminən 13,7 milyard il olduğundan, belə çıxır ki, bu qara dəlik Böyük partlayışdan 900 milyon il sonra yaranıb.

İndi astronomlar belə nəhəng obyektin bu qədər qısa zaman ərzində necə əmələ gəldiyi üzərində baş sındırırlar. Belə ölçülər və zaman qara dəliklərin formalaşması barədə müasir təsəvvürlərə uyğun gəlmir. Hələlik bunun iki mümkün izahat ola bilər: bu obyekt ya iki qara dəliyin birləşməsi nəticəsində əmələ gəlib, ya da mövcud təsəvvürlərin əksinə olaraq Kainatdakı ilk ulduzlar daha böyük olub.