YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Şuşa rayon təşkilatı Gənclər Birliyinin IV hesabat-seçki konfransı keçirilib

Yeni Azərbaycan Partiyası Şuşa rayon təşkilatı Gənclər Birliyinin IV hesabat-seçki konfransı keçirilib.

Konfransda çıxış edən Şuşa rayon İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədri Bayram Səfərov ölkəmizdə gənclərə göstərilən diqqət və qayğıdan danışıb.

Sonra YAP Şuşa rayon təşkilatının sədri Təvəkkül Əliyev çıxış edərək hesabat seçki dövründən keçən müddətdə keçirilən tədbirlər haqqında konfrans iştirakçılarına ətraflı məlumat verib.

Daha sonra təşkilatın şura üzvləri və gənclər çıxış edərək hesabata öz münasibətlərini bildirib, həmçinin YAP sədri, Prezident İlham Əliyevin başçılığı ilə ölkəmizdə gənclər üçün yaradılan şərait, görülmüş işlər haqqında danışıblar.

Sonra təşkilati məsələlərə baxılıb. Rayon təşkilatının Gənclər Birliyinin 9 nəfərlik şura üzvü, 5 nəfərlik idarə heyəti müəyyənləşib. Konfrans iştirakçılarının böyük əksəriyətinin səs çoxluğu ilə Şuşa rayon Gənclər və İdman məktəbinin direktoru, kikboks üzrə ikiqat dünya çempionu Yapon Hacıyev rayon təşkilatı Gənclər Birliyinin sədri seçilib.

Sonda konfrans iştirakçıları adından ölkə başçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevə müraciət qəbul edilib.