YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Novruz Məmmədov Ukrayna saytındakı məqaləni tənqid etdi

Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, administrasiyanın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bu yaxınlarda Ukraynanın "Geostrategy" saytında dərc edilən məqaləni tənqid edib.

Trend-in məlumatına görə, N.Məmmədov öz “twitter” səhifəsində yazıb: "Geostrategy"nin məqalə müəllifləri öz amplualarındadır: həmişəki kimi təxribat, siyasi diversiya, bir sözlə, məkrli niyyətlər. Aydındır ki, onlar Azərbaycanı 40-dan artıq dövlətin sırasında qaynar nöqtə kimi görməkdə maraqlıdırlar".

Qeyd edək ki, "Geostrategy" qlobal kəşfiyyat qrupunun materialının müəllifləri guya Ukraynaya qarşı mövqeyini dəyişib Rusiya yönümlü mövqe tutan Azərbaycanı tənqid ediblər.

 

DİGƏR Xəbərlər Arxiv