YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nazim İbrahimov Xocalı soyqırımı ilə bağlı diaspor təşkilatlarının fəaliyyətini qiymətləndirdi

Xarici ölkələrdəki diaspor təşkilatlarımızın Xocalı soyqırımının 23-cü ildönümü ilə bağlı nümayiş etdirdiyi fəallıq, vətənpərvərlik mövqeyi təqdirəlayiqdir. Bunu Trend-ə eksklüziv açıqlamasında Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov deyib.

Dövlət Komitəsinin sədri bildirib ki, Xocalı soyqırımının 23-cü ildönümü ilə bağlı dünyanın müxtəlif ölkələrində diaspor təşkilatları tərəfindən çox maraqlı və effektiv tədbirlər həyata keçirilir: “Bilirsiniz ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılmış "Xocalıya ədalət" beynəlxalq kampaniyası çox uğurla həyata keçirilir, bu kampaniyada diaspor təşkilatlarımız, ümumiyyətlə, xarici ölkələrdə yaşayan azərbaycanlılar da fəal iştirak edirlər".

N.İbrahimov qeyd edib ki, dünyanın bir çox ölkəsində Xocalı soyqırımının 23-cü ildönümünə həsr edilmiş tədbirlər, anım mərasimləri, etiraz aksiyaları, foto və rəsm sərgiləri təşkil olunub: "Təqdirəlayiq haldır ki, Xocalı soyqırımı ilə bağlı nəinki diaspor təşkilatlarımız, eləcə də Azərbaycan Respublikasının bir sıra dövlət və qeyri-hökumət təşkilatları, diplomatik nümayəndəliklərimiz, ayrı-ayrı vətəndaşlarımızın kifayət qədər maraqlı təşəbbüsləri, layihələri oldu. Onların hər birinə təşəkkür edirik ki, Xocalı soyqırımının 23-cü ildönümü ilə bağlı belə yüksək fəallıq nümayiş etdirirlər. Xüsusilə də xarici ölkələrdə yaşayan soydaşlarımızın, diaspor təşkilatlarımızın bu həssas tarixdə nümayiş etdirdiyi fəallıq, vətənpərvərlik mövqeyi təqdirəlayiqdir”.