YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Xarici İşlər Nazirliyinin arzuedilməz şəxslər siyahısına hazırda 435 əcnəbi daxildir

Azərbaycanın işğal altındakı ərazilərinə ölkəmizin razılığı olmadan səfər edən əcnəbilərin Xarici İşlər Nazirliyi tərəfindən tərtib edilmiş arzuedilməz şəxslər siyahısına hazırda 435 nəfər daxildir. Bu səfərlər “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Qanununun pozulmasıdır. Eyni zamanda, Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində yaradılmış qondarma separatçı rejimin, eləcə də Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin təşviqinə xidmət edən bir addımdır.
Bu fikirləri Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev fevralın 27-də keçirdiyi mətbuat konfransında bildirib.
H.Hacıyev deyib ki, elan olunduqdan sonra adı bu siyahıya daxil edilmiş bir sıra şəxslər Azərbaycan Respublikasına müraciət edərək həmin siyahıdan adlarının çıxarılmasını xahiş ediblər. Fərdi əsasda bu kimi müraciətlər nəzərdən keçirilib və 2013-cü ildən başlayaraq 10-dan artıq şəxs siyahıdan çıxarılıb. Həmin şəxslərin həqiqətən hansı səbəbdən işğal olunmuş ərazilərə səfər etmələri, onların üzrxahlığı, Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə və sərhədlərinin toxunulmazlığına hörməti kimi məqamlar nəzərə alınaraq onların arzuedilməz şəxslər siyahısından çıxarılması barədə qərar qəbul edilir.
 

 

DİGƏR Xəbərlər Arxiv