YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Bahar Muradova: Azərbaycan dövləti ABŞ ilə münasibətlərə ciddi önəm verir

«Azərbaycanla Amerikanın əlaqələri strateji tərəfdaşlığa söykənir. Bu münasibətlər bu və ya digər şəxslərin hansısa maraqlara söykənən açıqlamalarından pozulan münasibətlər deyil və hər iki dövlət rəsmi siyasəti buna imkan verməz». Bu fikirləri Milli Məclisin sədr müavini Bahar Muradova deyib.

B.Muradova bildirib ki, Amerika cəmiyyətindəki mövcud bir sıra dairələr və konkret şəxslər ölkələrin münasibətlərinin ruhuna uyğun gəlməyən açıqlamaları ilə yadda qalmağa çalışırlar. Onun sözlərinə görə, bu, arzuolunan deyil, təəssüf doğurur və çox zaman da bu fikirlər elə fikirlər olaraq qalır.

«Azərbaycan dövləti Amerika ilə münasibətlərə ciddi önəm verir və bu münasibətlərə xələl gətirə bilən hər hansı bir hərəkətə qarşı çıxır. Elə ona görə də bizim mətbuatda ictimai-siyasi sferada olan şəxslər belə açıqlamalara qarşı kəskin mövqelərin dərhal ortaya qoyurlar, onlar çox sayıqdılar, ayıqdılar. Bununla da rəsmiləri həm xəbərdar, həm də bizə təzyiq yolu ilə müəyyən maraqlarını reallaşdırmağa çalışan insanlara, onların buna gücünün çatmayacağına işarə edirlər. Çünki xalqın, ictimaiyyətin, vətəndaşların əksəriyyətinin dəstəkləmədiyi bir siyasəti hər hansı bir təzyiqlə reallaşdırmaq mümkün deyil. Yəni, Azərbaycanın müstəqil iradə ortaya qoymasını, müstəqil siyasət yürütməsini gözü götürməyən dairələrin planları bu günə qədər də Azərbaycanda alınmayıb, bundan sonra da alınmayacaq»- deyə, vitse-spiker vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv