YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nyu-Meksiko və Nyu-York qanunvericiləri Xocalı soyqırımının ildönümündə Azərbaycanla həmrəydirlər

Xocalı qətliamının 23-cü ildönümü ilə bağlı ABŞ ştatlarında silsilə tədbirlər Nyu-Meksiko və Nyu-York ştatlarının qanunverici orqanlarında davam edib.
Nyu-Meksiko ştatının paytaxtı Santa Fe şəhərində keçirilmiş tədbir senator Riçard Martinez, Nümayəndələr Palatasının üzvü Nora Espinoza və Azərbaycanın Dostları Assambleyası (AFAZ) tərəfindən birgə təşkil olunub. Tədbirdə Nyu-Meksiko ştatının 25-dən artıq senatoru və Nümayəndələr Palatasının üzvləri, o cümlədən Senatın prezidenti Mari Papen və Nümayəndələr Palatasının spikeri Don Tripp, həmçinin ABŞ-dakı Azərbaycan icmasının nümayəndələri iştirak ediblər.
Nyu-York ştatının paytaxtı Albani şəhərində keçirilən tədbirdə də ştat parlamentinin hər iki palatasının çoxsaylı üzvləri fəal iştirak ediblər.
Tədbirlər zamanı çıxış edən ABŞ rəsmiləri Ermənistan silahlı qüvvələri tərəfindən Xocalıda törədilmiş ağlasığmaz vəhşiliklər və Azərbaycanın işğal olunmuş ərazilərində həyata keçirilmiş etnik təmizləməni qəti şəkildə pisləyib, bu kimi faciələrin gələcəkdə təkrar olunmaması üçün səylərin əsirgənməməsinin vacibliyini bildirib. Onlar bu cinayəti törədənlərin ədalət qarşısında cavab verməli olduqlarını vurğulayıblar.
Çıxış edənlər, həmçinin Azərbaycanın ABŞ üçün strateji önəmindən danışıblar. Birləşmiş Ştatların ən kritik zamanlarında belə Azərbaycanın bu ölkənin dostu olduğunu sübut etdiyi vurğulanıb. Ölkəmizin terrorçuluğa qarşı mübarizə, enerji təhlükəsizliyinin təmini, nüvə silahının yayılmaması və digər sahələrdə önəmi diqqətə çatdırılıb.
Nyu-York ştatı Assambleyası və Senatı tərəfindən Xocalı qətliamı ilə bağlı qəbul edilmiş proklamasiyalar AFAZ nümayəndələrinə təqdim edilib.
Xatırladaq ki, 2013-cü ildə Nyu-Meksiko ştatının həm Senatı, həm də Nümayəndələr Palatasında Xocalı qətliamının tanınması ilə bağlı qətnamələr qəbul olunub.