YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azay Quliyev: İnsanların ən böyük arzusu doğma yurd-yuvalarına qayıtmaqdır

«Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bir milyondan artıq insanın qaçqın və məcburi köçkünə çevrilməsinə səbəb olub». Bu fikri Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Azay Quliyev deyib.

A.Quliyev bildirib ki, Azərbaycan hökuməti münaqişənin ağır nəticələrini yaşayan insanlara müntəzəm olaraq hər cür dəstək göstərsə də onların ən böyük arzusu doğma yurd-yuvalarına qayıtmaqdır. Onun sözlərinə görə, bugünlər Azərbaycan xalqı Dağlıq Qarabağ münaqişəsinin ən qanlı hadisələrindən biri olan Xocalı soyqırımının 23-cü ildönümünü qeyd edir.

«1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə törədilən qətliam zamanı 613 mülki şəxs qəddarlıqla qətlə yetirilib, 487 nəfər ağır şəkildə yaralanıb və çoxlu sayda həmvətənimiz itkin düşüb. Çox təəssüf ki, bu soyqırımı törədən şəxslər əməllərinə görə nəinki qanun qarşısında layiq olduqları cəzanı almayıb və əksinə Ermənistan hökumətində yüksək dövlət postlarında təmsil olunurlar»- deyə, A.Quliyev vurğulayıb.