YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Berlində Xocalı soyqırımına dair nümayiş keçirilib

Xocalı soyqırımının 23-ci ildönümü ilə əlaqədar Berlin Azərbaycan Evi, Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin (AAKM) təşkilatçılığı, Azərbaycan Tələbə Şəbəkəsinin iştirakı ilə Berlində - Brandenburq qapıları qarşısında etiraz nümayişi keçirilib.
Aksiyada Milli Məclisinin deputatları Siyavuş Novruzov, Rauf Əliyev, Xanlar Fətiyev iştirak ediblər.
Avropa Azərbaycanlıları Konqresinin, AAKM-nin direktoru Samira Patzer-İsmayılova tədbirdə bu qanlı faciə, eləcə də “Xocalıya ədalət!” kampaniyası haqqında məlumat verib.
Deputat Siyavuş Novruzov çıxışında Xocalı soyqırımından, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal altında saxlanmasından danışıb, Avropa ictimaiyyətindən Xocalı soyqırımının tanınmasını tələb edib.
Xocalı soyqırımının canlı şahidi, “Erməni Təcavüzünün Tanıdılması” İctimai Birliyinin sədri, yazıçı-jurnalist Səriyyə Cəfərova, Mayns Azərbaycan Cəmiyyətinin sədri Başar Kömür, NRV Alman Azərbaycan Dostluq cəmiyyətinin həmsədri Faiq Məmmədov, Bilifeld Atatürkcü Düşüncə Mərkəzinin sədri Mehmeteli Ölməz, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli çıxışlarında Avropada türk, Azərbaycan xalqlarına qarşı ikili standartların olduğunu vurğulayaraq, Azərbaycan dövlətinin artan iqtisadi və siyasi gücündən danışıblar. Çıxışlarda Ermənistana qarşı sanksiyaların tətbiqi, Xocalı soyqırımının tanınması tələb edilib.
Tədbirdə Xocalı faciəsini əks etdirən fotomateriallar, erməni millətçilərinin qanlı hərəkətlərini ifşa edən plakat və “Xocalıya ədalət” kampaniyasının nəşrləri nümayiş etdirilib. İştirakçılara Xocalı faciəsi, Dağlıq Qarabağ münaqişəsi, “Xocalıya ədalət” kampaniyası haqqında alman və ingilis dillərində məlumatlandırıcı vərəqələr paylanıb.